LIDER TV-nin qanun pozuntusuna etiraz

Milli Teleradio Şurasının sədri

Nuşirəvan Məhərrəmliyə

 

MÜRACİƏT

Diqqətinizə çatdırırıq ki, 25 oktyabr 2010-cu ildə saat 19:00-da Azərbaycan Respublikasında fəaliyyət göstərən “Lider” telekanalı tərəfindən “Azadlıq” qəzetinin keçmiş direktoru Azər Əhmədov haqqında gizli və qeyri-qanuni yolla qeydə alınmış video çəkilişlər yayımlanıb. “Lider” telekanalı qeyri-qanuni qeydə alınmış və Azərbaycan Respublikasının “Kütləvi İnformasiya Vasitələri haqqında” 7 dekabr 1999-cu il tarixli Qanunun 3-cü maddəsinin tələblərinə görə pornoqrafik material hesab olunan video çəkilişi yaymaqla kifayətlənməyib, həmçinin video çəkilişdə əks olunmuş Azər Əhmədov haqqında təhqir xarakterli şərhlər verib.

“Lider” telekanalının bu davranışı öncəliklə AR Konstitusiyasının 32.3-cü maddəsinin kobud pozuntusudur . AR Konstitusiyanın 32.3-cü maddəsində bildirilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Həmçinin AR “Kütləvi İnformasiya Vasitələri haqqında” 7 dekabr 1999-cu il tarixli Qanunun 10-1-ci maddəsində göstərilir ki, gizli çəkilmiş video yazılardan istifadəyə yalnız iki halda, şəxsin özünün bu haqda razılığı olduğu və ya bu çəkilişin nümayişi haqqında məhkəmə qərarı olduqda yol verilir.

Qanunvericilikdə nəzərdə tutulmuş istisnaların heç biri bu hala şamil olunmadığından, bu video çəkilişin qeyri-qanuni yollarla qeydə alındığı və “Lider” telekanalında adı çəkilən video çəkilişin nümayiş etdirilməsi AR Cinayət Məcəlləsinin 156-cı maddəsində nəzərdə tutulduğu kimi Azər Əhmədovun şəxsi toxunulmazlıq hüququnu kobudcasına pozulmasıdır və cinayət xarakteri daşıyır. Bu zaman həm də AR “Kütləvi İnformasiya Vasitələri haqqında” 7 dekabr 1999-cu il tarixli Qanunun bir sıra tələbləri də pozulub.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 6.2-ci bəndinə əsasən Şuranın əsas vəzifələrindən biri televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.


Həmçinin Əsasnamənin 1.2-ci bəndini, AR Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və yuxarıda sadalanan halları bir daha diqqətinizə çatdıraraq, AR Milli Televiziya və Radio Yayım Şurasını öz qanuni vəzifələrini yerinə yetirməyə yəni “Lider” Telekanalı barəsində səlahiyyətləri çərçivəsində ölçü götürməyə, həmçinin Azərbaycan Respublikasında televiziya və radio yayımı üzərində nəzarəti həyata keçirən orqan olaraq cinayət məsuliyyətinə səbəb olan bu hallarla bağlı müvafiq orqanlar qarşısında vəsatət qaldırmağa çağırırıq.

 

Sign this Petition


OR

Your email address will not be published on our site. However, the author of the petition will see all the information you provide on this form.

You will receive an email with a link to confirm your signature. To ensure you receive our emails, please add info@petitions24.com to your address book or safe senders list.
Facebook